Xəzər və Sabunçu rayonlarının bəzi hissələrində qaz olmayacaq

Xəzər və Sabunçu rayonlarının bəzi hissələrində qaz olmayacaq
# 19 iyun 2025 16:33 (UTC +04:00)

Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə 20.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Xaşa-Xuna bağlarının, Sabunçu rayonu üzrə isə N.İsmayılov, Sülh, Ərəblinski, R.Axundov, N.İsmayılov küçələrinin təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR