Ağdamda dördotaqlı ev yanıb

Ağdamda dördotaqlı ev yanıb
# 02 sentyabr 2016 07:17 (UTC +04:00)

Bakı-APA. Bu gecə Ağdam rayonu, Paşalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağsu rayonu, Yenilik kəndində isə bələdiyyəyə məxsus dağlıq ərazidə 10 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR