BMT TŞ-da Suriya üzrə məsləhətləşmələr ləğv olunub

BMT TŞ-da Suriya üzrə məsləhətləşmələr ləğv olunub
# 17 sentyabr 2016 00:04 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurasında Suriya üzrə keçiriləcək məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrda TŞ-da sədrlik edən Yeni Zelandiya nümayəndəsi bildirib.

“Sentyabrın 16-da keçirilməyi nəzərdə tutulan Suriya üzrə məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub”, deyə nümayəndə qeyd edib.

Məlumata görə, görüşdə ABŞ və Rusiya arasında Suriya böhranı ilə bağlı əldə edilən son razılaşmaların detalları açıqlanmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR