ABŞ-da baş verən yol qəzası nəticəsində azı 20 nəfər xəsarət alıb

ABŞ-da baş verən yol qəzası nəticəsində azı 20 nəfər xəsarət alıb
# 01 iyun 2016 22:58 (UTC +04:00)

Bakı-APA. ABŞ-da ağır yol qazası baş verib.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, Xyuston şəhərində (Texas ştatı) avtomobillə avtobusun toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.

Bildirilir ki, zərbənin gücündən sərnişin avtobusu idarəetməni itirərək dirəyə çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR