Ağdamda güclü külək elektrik dirəklərini aşırıb - FOTOSESSİYA

Ağdamda güclü külək elektrik dirəklərini aşırıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2015 07:26 (UTC +04:00)

Tərtər, Ağdam. Ziya Əmirxanlı – APA. Ötən gecə Tərtər və Ağdamda güclü külək ciddi fəsadlar yaradıb.

APA-nın Qarabağ müxbirinin verdiyi xəbərə görə, güclü külək Tərtər şəhərinin Q. Məmmədov küçəsində 30 mənzilli 5 mərtəbəli binanın dam örtüyünü uçurub.

Güclü külək nəticəsində ağaclar aşıb, elektrik naqilləri sıradan çıxıb.

Rayonun bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problem yaranıb.

Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov isə bildirib ki, rayon ərazisində əsən güclü külək evlərin dam örtüyünü uçurub, elektrik dirəklərini aşırıb və naqilləri sıradan çıxarıb. O qeyd edib ki, rayonda evlərin 90 faizi işıqsız qalıb.

Qeyd edək ki, Tərtər və Ağdamda güclü küləyin vurduğu ziyan aidiyyəti qurumlar tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR