Səhiyyə Nazirliyi: Meyitdən orqan köçürülməsi üzərində iş aparılır

Səhiyyə Nazirliyi: Meyitdən orqan köçürülməsi üzərində iş aparılır
# 13 dekabr 2017 08:49 (UTC +04:00)

“Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

O bildirib ki, Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR