Göyçay sakini həmyerlisini bıçaqlayaraq qaçıb

Göyçay sakini həmyerlisini bıçaqlayaraq qaçıb
# 25 yanvar 2017 08:14 (UTC +04:00)

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb. Şəhərin M.Ə.Rəsulzadə küçəsindəki 10 saylı mənzildə yaşayan, 1983-cü il təvəllüdlü Şıxəliyev Azər Eldar oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, şəhərin S.Ə.Şirvani küçəsindəki 3 saylı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Abulov Məhəmməd Sahil oğlunu bıçaqlayıb.

Çoxlu qan itirən Məhəmməd Abulov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq cərrahiyyə əməliyyatı olunub.

Hadisəni törədən Azər Şıxəliyev qaçaraq gizlənib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR