Bakıda qətl törətmiş narkotik istifadəçisinə hökm oxunub

Bakıda qətl törətmiş narkotik istifadəçisinə hökm oxunub
# 13 yanvar 2017 08:23 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elçin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, E. Cavadov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin mayın 2-də Mirzə Hüseynovun üzərində xəsarətlər olan meyiti aşkarlanıb. Cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E. Cavadovun törətdiyi müəyyənləşib. O, narkotik istifadəçisi olub. Həmin gün E. Cavadov M. Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb və qətl törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR