Bağlanma təhlükəsi ilə üzləşən bank xarici səhmdar axtarır

Bağlanma təhlükəsi ilə üzləşən bank xarici səhmdar axtarır
# 20 oktyabr 2016 12:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Günay Bank" ASC ortamüddətli perspektivdə beynəlxalq maliyyə bazarlarına çıxış əldə etməyi və bu bazarlarda fəaliyyətini aktivləşdirməyi planlaşdırır. Bunu "APA-Economics"ə bankın səhmdarlarından biri bildirib.

"Banka beynəlxalq maliyyə institutları timsalında potensial investorlar cəlb

olunur və bankda xarici investorların payı artır", - deyə səhmdar bildirib.

O əlavə edib ki, bank törəmə maliyyə xidmətləri qurumlarını yaratmağı və inkişaf etdirməyi də qarşısına hədəf qoyub: "Bankın yaratdığı lizinq şirkətinin fəaliyyəti genişləndiriləcək, yeni xidmətlər üzrə şirkətlər yaradılacaq".

Qeyd edək ki, bir müddət öncə mətbuatda "Günay Bank" ASC-nin lisenziyasının ləğv olunacağı barədə xəbərlər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR