Bakıda tanınmış meksikalı rəssamın fərdi sərgisi açılıb - FOTOSESSİYA

Bakıda tanınmış meksikalı rəssamın fərdi sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyun 2015 18:49 (UTC +04:00)

Meksikanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Bakıda Meksika diplomatik nümayəndəliyinin açılışına həsr olunub.

Tədbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta və ölkədə akkreditə olunmuş digər səfirliklərin nümayəndələri, incəsənət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan nazir müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarını salamladıqdan sonra Meksika-Azərbaycan əlaqələrinin inkişafından danışıb: “Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də hamımız adından cənab səfiri yeni fəaliyyəti münasibətilə təbrik edirəm. Azərbaycan Latın Amerikası ilə çox yüksək əməkdaşlıq qurub. Eləcə də Azərbaycan və Meksika arasındakı əlaqələr çox yaxşı inkişaf edib. Xüsusən də Azərbaycan müstəqillik əldə etdikdən sonra Meksika Birləşmiş Ştatları ilə Azərbaycan sıx əməkdaşlığa başlayıb”.

Son illərdə ölkələr arasında əlaqələrin bütün sahələr üzrə çox yüksək səviyyədə inkişaf etdiyini qeyd edən xanım Sevda Məmmədəliyeva 2010-cu ildə Meksikada Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsini və Meksikanın mərkəzi meydanlarından birinə Heydər Əliyevin adının verilməsini iki ölkə arasındakı əlaqələrin inkişafına dair bariz nümunə olduğunu bildirib.

“Hər iki ölkəni təmsil edən rəssamlar arasında da yaxşı münasibətlər var və Marqarita Moralisin timsalında bu əlaqələr daha da genişlənəcək”, deyə nazir müavini vurğulayıb.
Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Səfir ölkələr arasında əlaqələrin möhkəmlənməsində mədəniyyət adamları xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: Bu baxımdan belə sərgilərin təşkili hər iki ölkənin yaradıcı insanları üçün çox əhəmiyyətlidir. Çünki hər bir sərgi iştirakçılara ölkələr və xalqlar arasında oxşar cəhətlərin tapılması baxımından böyük imkanlar yaradır. Belə mədəni tədbirlərimiz bundan sonra daha da çox olacağına inanıram”.

Meksikalı rəssam Marqarita Moralis çıxışı zamanı Azərbaycana ilk dəfə gəlməsindən, burada olduğu qısa zaman çərçivəsində Azərbaycanın milli incəsənət nümunələri ilə tanışlığından söz açıb: “Mənim əsərlərimdə gül şəkilləri üstünlük təşkil edir. Düşünürəm ki, ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycana belə bir məqamda gül yaraşır. Burada olmaqdan qürur duyuram və ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyəm”.

Tədbir iştirakçıları meksikalı rəssam Marqarita Moralisin əsərləri ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR