Lənkəranda qətl törədən şəxs tutulub

Lənkəranda qətl törədən şəxs tutulub
# 26 iyun 2014 10:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Lənkəran rayonunda iki gün öncə qətl hadisəsi törədən şəxs yaxalanıb. Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 24-də qətl törədən Bəhruz Fəyaz oğlu Mikayılov həbs edilib.

Qeyd edək ki, hadisə iyunun 24-də gecə saat 02 radələrində rayonun Göyşaban kəndi ərazisində yerləşən avtomobil təmiri sexində baş verib. Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Bəhruz Fəyaz oğlu Mikayılov şəxsi münasibətlər zəminində həmyaşıdı və həmyerlisi Elnur Rasim oğlu Kişiyevi bıçaqla qətlə yetib.

Daha sonra B. Mikayılov hadisə yerindən qaçıb.

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR