AMEA-da yeni struktur islahatları aparılıb, Mərkəzi Aparatın katibliyi və protokol şöbəsi yaradılıb

AMEA-da yeni struktur islahatları aparılıb, Mərkəzi Aparatın katibliyi və protokol şöbəsi yaradılıb
# 05 fevral 2014 13:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Mərkəzi Aparatında idarəetmənin təkmilləşdirilməsi məqsədilə bir sıra struktur islahatları həyata keçirilib.

APA-nın xəbərinə görə, Rəyasət Heyətinin ötən il qəbul olunmuş qərarı ilə iki şöbənin statusu artırılaraq onların əsasında idarələr və üç yeni şöbə yaradılıb. Eyni zamanda Aspirantura və kadrlar şöbəsinin əsasında Təhsil və kadrlar şöbəsi, Katibliyin əsasında isə Ümumi şöbə yaradılıb.

Ötən müddət ərzində islahatlar nəticəsində həm RH Mərkəzi Aparatında, həm də ümumilikdə akademiya sistemində idarəetmə prosesində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Lakin AMEA Rəyasət Heyəti çoxsaylı tədbirlərin - Rəyasət Heyətinin iclaslarının, mətbuat konfranslarının və s. protokollaşdırılması, etibarlı saxlanması və arxivə təhvil verilməsi zərurəti, bir struktur bölmə qarşısına qoyulan çoxsaylı vəzifə və funksiyaların həddən artıq olması, AMEA-da aparılan islahatlar nəticəsində sənədlər axınının artması, qəbul edilən qərarların, sərəncamların çoxluğunu və s. nəzərə alaraq, Mərkəzi Aparatın Ümumi şöbəsinin ləğv edilməsinə dair qərar qəbul edib. Əvəzində aparıcı struktur bölmə statusunda iki struktur bölmə - Katiblik və Protokol şöbəsi yaradılıb. AMEA Rəyasət Heyəti Katibliyinin və Protokol şöbəsinin Əsasnamələri təsdiq olunub.

Digər bir qərarla Katibliyin rəisi vəzifəsinə Rasimə Hüseynova, Protokol şöbəsinin rəisi vəzifəsinə isə Sevinc Həsənova təsdiq ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR