Xaricdə təhsil almaq üçün növbəti 119 namizəd barədə müsbət qərar qəbul olunub

Xaricdə təhsil almaq üçün növbəti 119 namizəd barədə müsbət qərar qəbul olunub
# 26 sentyabr 2013 15:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş növbəti 119 namizəd barədə müsbət qərar qəbul olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə əsasən, bu günə qədər Azərbaycan prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barədə müsbət qərar qəbul edilib.

Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün sənəd vermiş digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan gəncləri təbrik edir, onların Azərbaycanın gələcək inkişafına töhfələr verəcəyinə əminliyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR