Rəsul Quliyev Milli Şuranın son mitinqi ilə bağlı müxalifətin ünvanına təhqiramiz ifadələr işlədib - AUDİO

Rəsul Quliyev Milli Şuranın son mitinqi ilə bağlı müxalifətin ünvanına təhqiramiz ifadələr işlədib - <span style="color: red;">AUDİO
# 24 sentyabr 2013 12:48 (UTC +04:00)

APA-nın məlumatına görə, söhbətdən bəlli olur ki, telefon danışığı Milli Şuranın sentyabrın 22-də keçirilən mitinq zamanı aparılıb.

Telefon söhbəti Rusiyanın REX İnformasiya Agentliyi tərəfindən açıqlanıb.

Telefon danışığını olduğu kimi təqdim edirik:

Rəsul Quliyev: Salam Sülhəddin.

Sülhəddin Əkbər: Salam, salam necəsiz?

Rəsul Quliyev: Yaxşıyam sağ ol. Ayə siz orda nə multfilm düzəltmisiniz, ə, ayıb-ayıb. Sən öl, kefsiz e. Ə, multfilmdi e, nastayaşi. Sən çox düzgün eləmisən gedib çıxmamısan o tribunaya.

Sülhəddin Əkbər: Hə...

Rəsul Quliyev: Sənin addımın alqışlanır. Mirmahmud da yox idi tribunada...

Sülhəddin Əkbər: Yox, görmürəm. Mən arxada durmuşam, amma görəmmirəm. Bəlkə oralarda ola bilər. Görünmür, hələlik.

Rəsul Quliyev: Yox, e...Mirmahmud o zadda yoxdur. Yəni tribunada...

Sülhəddin Əkbər: Görməmişəm, açığı soruşmadım da...

Rəsul Quliyev: Eldar gedib tula kimi tullanıb durub orda.

Sülhəddin Əkbər: Hə?

Rəsul Quliyev: Ə, bunlar dəhşət alçaq adamlardı e... İsgəndər Həmidovu... Nətər insanlardı ə, bu Əliynən İsa başa, düşə bilmirəm. Elə o Cəmil müəllim özü, bədbaxt İsgəndər Həmidovun çıxışı ilə prezident olmaq istəyir.

Sülhəddin Əkbər: Hə.

Rəsul Quliyev: Ə, o balaca stadionun 50 faizini doldura bilmədiniz? Hökumət biabır eləyəcək bunu.

Sülhəddin Əkbər: Hə.

Rəsul Quliyev: Po kraynom mere, sən özünü qırağa çəkə bilibsən.

Sülhəddin Əkbər: Hə, yaxşı...

Rəsul Quliyev: Yaxşı, oldu, davay.

Sülhəddin Əkbər: Oldu sağol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR