“ArmRosQazprom”un adı dəyişdirilərək “Qazprom Armeniya” olub

“ArmRosQazprom”un adı dəyişdirilərək “Qazprom Armeniya” olub
# 17 yanvar 2014 14:26 (UTC +04:00)

APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, sənədi “Qazprom” ASC-nin İdarə Heyətinin sədri Aleksey Miller və Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan imzalayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ötən il dekabrın 2-də İrəvana səfəri zamanı imzalanmış dövlətlərarası saziş 2043-cü ilədək Ermənistana digər şirkətin qaz idxal etməsini qadağan edir. Bu alqı-satqı nəticəsində “Qazprom” “ArmRosQazprom”un səhmlərinin 100%-nə sahib olub. Bundan sonra “ArmRosQazprom”un adı dəyişdirilərək “Qazprom Armeniya” adlanacaq.

Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, səhmlər indiyədək yığılıb qalmış 300 mln. dollarlıq borcun 156 mln. dollarının bağlanması üçün satılıb. Borcun yarısı isə Rusiya şirkəti tərəfindən silinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR