Gülər Əhmədovanın səhhəti pisləşdiyindən məhkəmə təxirə salınıb - YENİLƏNİB

Gülər Əhmədovanın səhhəti pisləşdiyindən məhkəmə təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB
# 28 oktyabr 2013 12:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova ifadəsini davam etdirib.

G. Əhmədova Sevinc Babayevanın Türkiyədə sərbəst yaşadığını deyib: “Ona Məryəm Solmaz adını mən verməmişəm, nə də pasport almamışam. İstintaq Elşad Abdullayevlə əlaqə yaratdığı kimi, Sevinc Babayeva ilə də əlaqə yarada bilərdi. Sevinc Türkiyədə salona gedib, mağazaları gəzib. Onun oğlu Ayxan Məmmədov özünü məlumatlı adam kimi göstərməyə cəhd edir, barəmdə yalanlarla dolu müsahibələr verir. Bununla bağlı vəkilim istintaq orqanına vəsatət verib ki, onun əməlinə hüququ qiymət verilsin və barəsində tədbir görülsün. Bizim vəsatət təmin olunub. Lakin nəticəsi yoxdur. Həmin

qərar bu günə kimi icra olunmayıb. İstintaqa nə mane olur ki, Ayxan Məmmədovdan dediklərinin sübutunu istəmir? Mən Sevinc Babayevaya Allah xatirinə kömək etmişəm, bütün bunlar mənim ağlıma gəlməzdi ki, gəlib burda dayanacağıq”.

İfadəsinə davam edən G. Əhmədova daha sonra bunları deyib: “Elşad Abdullayevin videoları yayılandan sonra Sevinc Babayeva mənim yanıma gələrək bildirdi ki, Elsevər onu tutduracaq. Mən də tələb etdim ki, gedib prokurorluqda ifadə versin. Lakin dedi ki, xəstədir, ifadə verə bilməyəcək, Türkiyəyə müalicə üçün gedəcək. Sevinc Türkiyəyə gedəndə mənə iki mesaj yazıb, bütün günahlarını etiraf edib. Sevincin bu işdə əsas şahid olduğunu bildiyim üçün hara getdiyini öyrəndim. Lakin prokurorluq onun Azərbaycana gətirilməsi üçün heç bir iş görmədi. Onunla telefon əlaqəsi də yaradılmadı. Əgər mən Sevincə pislik etsəydim, o Əvəz Zeynallının məhkəməsində gəlib özünü şəhid etməzdi”.

İfadəsində G. Əhmədova seçicilərinə, şəhid ailələrinə, ona və ailəsinə mənəvi dəstək verən şəxslərə təşəkkür edib.

O, həmçinin məhkəmədə E. Abdullayevə müraciət edib: “On aydır ki, həbsdəyəm, arxamda da heç kim yoxdur. Gəl və gözlərimin içinə bax. “Quran”a əl bas ki, mənə pul vermisən. Mən sənə qarşı heç vaxt jarqondan, tərbiyəsiz sözlərdən istifadə etməmişəm. Düşmənçiliyi kişi kimi elə. Çox qəzəbli vaxtlarım olub, lakin Sevinc Babayevanı əfv etmişəm”.

İfadəsinin sonunda isə G. Əhmədova bunları deyib: “Yekunda bildirirəm ki, ittiham əsassızdır. Mən cinayət törətməmişəm. Xahiş edirəm mənə bəraət verin”.

Hakim ifadəsini başa çatdıran Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

Lakin G. Əhmədova özünü yaxşı hiss etmədiyini, məhkəmənin təxirə salınmasını xahiş edib.

Onun xahişi nəzərə alınıb və proses oktyabrın 31-nə təxirə salınıb.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

***

saat 15:17

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova ifadəsini davam etdirib.

Hakim ifadəsini başa çatdıran Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

Lakin G. Əhmədova özünü yaxşı hiss etmədiyini, məhkəmənin təxirə salınmasını xahiş edib. Onun xahişi nəzərə alınıb və proses oktyabrın 31-nə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR