AMEA Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
# 29 aprel 2014 16:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun əməkdaşları Beynəlxalq İstanbul Veterinar Qrupu Konqresində iştirak edib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasının böyük elmi işçisi, biologiya elmləri doktoru Şəfiqə Topçiyeva, biologiya üzrə fəlsəfə doktoru Jalə Həsənova və elmi işçi Sevda Səmədova tədbirdə “Ev quşlarının koksidiozu (Apicomplexa, Coccidia, Eimeriidae) və dərman bitkilərinin ona təsiri” mövzusunda sualları cavablandırıblar.

İstanbul Tibb Universiteti Baytarlıq fakültəsi və İstanbul Veterinar Qrupu Konqresi tərəfindən təşkil olunan konfransda Azərbaycanla yanaşı, Rusiya, Makedoniya, Qazaxıstan, Bosniya və Herseqovinadan da mütəxəssislər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR