Azərbaycanın kənd təsərrüfatı naziri Böyük Britaniyanın yeni təyin olunmuş səfiri ilə görüşüb - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri Böyük Britaniyanın yeni təyin olunmuş səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 15:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri İrfan Siddiqi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nazir İsmət Abasov İrfan Siddiqi Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ölkəmizdəki diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

İ.Abasov Azərbaycan və Böyük Britaniya arasında iqtisadiyyatın bir çox sahələrində uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının, Avropa İttifaqı ölkələri arasında, xüsusən Böyük Britaniyanın Azərbaycanın vacib ticarət tərəfdaşı və iri xarici sərmayədar qismində çıxış etməsinin iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün şərait yaratdığını diqqətə çatdırıb, respublikamızın böyük neft-qaz ölkəsi olmaqla yanaşı, aqrar sahədə də böyük potensial imkanlara malik olduğunu qeyd edib.

Nazir Böyük Britaniyaya məxsus təşkilatlar tərəfindən Azərbaycanda tərəvəz istehsalı sahəsində həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu qeyd edib və bu sahədə mütərəqqi texnologiyaların Azərbaycana ötürülməsindəki müsbət rolunu vurğulayıb. Bu əməkdaşlığın kənd təsərrüfatının digər sahələrində də həyata keçirilməsinin vacib olduğunu qeyd edib və iki ölkə arasında əməkdaşlığın uzunmüddətli hüquqi bazasının yaradılması məqsədilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sənədin imzalanmasının məqsədəuyğun olduğunu bildirib.

Eyni zamanda Azərbaycanda yetişdirilən meyvə-tərəvəz məhsullarının və meyvə şirələrinin Britaniyaya ixracı imkanları, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində təcrübə mübadiləsi, aqrar tədqiqat və təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Səfir İrfan Siddiq səmimi qəbula görə təşəkkürünü bildirərək hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu, bu potensialın hərtərəfli şəkildə reallaşdırılması məqsədilə mövcud imkanların daha yaxından araşdırılmasının vacibliyini qeyd edib və fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR