Şenes Erzik UEFA-dan ayrılır

Şenes Erzik UEFA-dan ayrılır
# 08 yanvar 2015 12:58 (UTC +04:00)

Bakı – APA. UEFA-nın I vitse-prezidenti Şenes Erzik tutduğu vəzifədən ayrılmaq qərarına gəlib. Apasport.az xəbər verir ki, türkiyəli futbol adamı yanvarın sonunda təqaüdə çıxacağını açıqlayıb.

Ş.Erzik ayrılığın səbəbini yaşının çoxluğu ilə əlaqələndirib: “İstəsəm işimi davam etdirə bilərəm. Yəni, heç kim məni getməyə məcbur etmir. Amma bu qədər kifayətdir”.

Ş.Erzikin yerini isə digər bir türkiyəli tuta bilər. Çünki Türkiyə Futbol Federasiyası bu posta hazırda qurumda çalışan Sərvət Yardımcının namizədliyini irəli sürəcək.

Qeyd edək ki, 1982-ci ildə Lennart Yohanssonun dövründə UEFA-da fəaliyyətə başlayan Erzik 1994-cü ildən vitse-prezident vəzifəsini icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR