Hüquq müdafiəçiləri Hərbi Polis İdarəsinin Mərkəzi Haupvaxtında monitorinq keçiriblər

Hüquq müdafiəçiləri Hərbi Polis İdarəsinin Mərkəzi Haupvaxtında monitorinq keçiriblər
# 25 avqust 2015 09:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Mərkəzi Haupvaxtında monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan hərbi qulluqçularla görüşüblər: “Orada dörd şəxs saxlanılır. Onlarla görüşdük. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR