Ali məktəblərin boş qalan yerlərinə qəbul haqqında elan dərc olunub

Ali məktəblərin boş qalan yerlərinə qəbul haqqında elan dərc olunub
# 14 avqust 2015 07:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 8-ci sayında ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul haqqında elanı dərc edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalda “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunur.

Jurnalı TQDK-nın Bakı şəhərindəki Mikayıl Müşfiq küçəsi 1m və A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Qeyd edək ki, bank kartı vasitəsilə ödəniş etməklə jurnalın elektron versiyasını da (pdf formatında) əldə edə bilərsiniz. Bunun üçün istifadəçi abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı” düyməsindən istifadə edərək online rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını kompüterinə yükləyərək ondan istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR