Gürcüstan prezidenti Mixail Saakaşvili Polşa XİN-in rəhbəri ilə görüşüb

Gürcüstan prezidenti Mixail Saakaşvili Polşa XİN-in rəhbəri  ilə görüşüb
# 13 iyul 2010 22:51 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Batumidə Polşa XİN-in rəhbəri Radoslav Skorskini qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Polşa xarici idarə başçısı Batuminin turizm potensiyalından söhbət açıb. “Mən ümidvaram ki, Polşa turistləri Batumi kurortlarına gələcəklər.”
Gürcüstan prezidenti Skorskinin Gürcüstanın köhnə dostu olduğunu bildirib. “Biz həmişə ən vacib məsələlər barədə fikir mübadiləsi aparırıq. Gürcüstanın xarici siyasətində Polşalı dostlar ən başlıca yerlərdən birini tutur. Bu ölkə Avropada yeganə ölkədir ki, iqtisadiyyatı indi də inkişaf edir. Biz arzu edirik ki, Gürcüstana nəinki rəsmi şəxslər, həm də Polşa turistləri gəlsin” Saakaşvili bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR