Gürcüstanda etnik azlıqların sərgisi açılıb - FOTOSESSİYA

Gürcüstanda etnik azlıqların sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 22 may 2015 12:49 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Gürcüstan paytaxtındakı Qafqaz Evində Dünya Mədəniyyətinin Rəngarəngliyi Gününə həsr olunmuş sərginin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən təşkil edilib.

Sərginin açılışında Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Qiorqadze, Gürcüstan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili və digər rəsmi şəxslər iştirak ediblər. Sərgidə Gürcüstanda yaşayan etnik azlıqlar sayılan kistinlər, çeçenlər, osetinlər, azərbaycanlılar, yezidi kürdlər, ermənilər, yəhudilər, çexlər, almanlar və latviyalılar öz mədəniyyət nümunələrini, xalça və musiqi alətlərini təqdim ediblər.

Tədbirdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyi adından nazir M. Qiorqadzeyə Nizami Gəncəvinin gürcü dilinə tərcümə olunmuş "Leyli və Məcnun” poeması kitabı hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR