Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib

Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib
# 02 dekabr 2011 18:54 (UTC +04:00)
Bakı – APA. 2012-ci il Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan tədbirdə qitə birinciliyinin qrup mərhələsində komandaların rəqibləri bəlli olub.

Pley-off oyunları başa çatandan sonra müəyyənləşən UEFA-nın son reytinqinə əsasən yığmalar 4 səbətə bölünmüşdü. Ukrayna ilə Polşa isə meydan sahibi olduqlarından ilk səbətdə yer almışdılar. Ukraynanın A, Polşanın isə D qrupunda yer alacağı öncədən məlum idi.

Beləliklə, püşkatmadan sonra qrupların tərkibi müəyyənləşib. Yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya “ölüm qrupu”na düşüb. Ronaldo və komanda yoldaşları B qrupunda Hollandiya, Danimarka və Almaniya ilə mübarizə aparacaqlar.

Digər rəqibimiz Rusiyanın isə bəxti gətirib. Dik Advokatın başçılıq etdiyi komanda A qrupunda Polşa, Yunanıstan və Çexiya ilə qarşılaşacaq.

A qrupu
Polşa, Yunanıstan, Rusiya, Çexiya

B qrupu
Hollandiya, Danimarka, Almaniya, Portuqaliya

C qrupu
İspaniya, İtaliya, İrlandiya, Xorvatiya

D qrupu
Ukrayna, İsveç, Fransa, İngiltərə

Xatırladaq ki, Avro-2012 iyunun 8-dən iyulun 1-dək Ukrayna və Polşada keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR