Nazirlər Kabineti Azərbaycanda təhsil müəssisələrində təhsil alanlara pulsuz tibbi xidmət göstərilməsi barədə qərar qəbul edib

Nazirlər Kabineti Azərbaycanda təhsil müəssisələrində təhsil alanlara pulsuz tibbi xidmət göstərilməsi barədə qərar qəbul edib
# 26 noyabr 2010 15:05 (UTC +04:00)
Qaydalar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir. Təhsil müəssisələrinin rəhbərləri bu sənədə əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

Məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alanlar yaşadıqları ərazi poliklinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin ediləcəklər. İlk peşə-ixtisas, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsil alanlara onların yaşadıqları ərazi poliklinikaları tərəfindən pulsuz tibbi xidmət göstəriləcək.

Təhsil müəssisəsində tibbi xidmət müəssisəsi varsa, bu halda burada təhsil alanlar həmin tibb müəssisəsi tərəfindən tibbi xidmətlə pulsuz təmin olunacaqlar. Təhsil alanlara zəruri hallarda onlara xidmət göstərən poliklinikalar tərəfindən verilmiş göndəriş əsasında stasionar tipli müəssisələrdə pulsuz tibbi xidmət göstərilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR