Azərbaycanla Rusiya arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq barədə saziş imzalanıb – YENİLƏNİB

Azərbaycanla Rusiya arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq barədə saziş imzalanıb – <font color=red>YENİLƏNİB </font>
# 13 yanvar 2011 10:38 (UTC +04:00)
Onun sözlərinə görə, əməkdaşlıq iki il əvvəl Rusiya və Azərbaycanın müvafiq qurumları arasında imzalanmış plan əsasında həyata keçirilir. Bundan başqa bu gün Rusiya Narkotiklərə Nəzarət Federal Xidməti ilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq barədə saziş imzalanıb. Viktor İvanov bildirib ki, iki ölkənin əməkdaşlığı nəticəsində İrandan Azərbaycandan keçməklə Rusiyaya iri həşiş partiyasının keçirilməsinin qarşısı alınıb. Əməliyyat zamanı narkotik qaçaqmalçılarında bir tondan çox həşiş aşkarlanaraq müsadirə olunub.


Viktor İvanovun sözlərinə görə, bu gün sərhəddən daha çox həşiş keçirilməsinə cəhd edilir: “Hətta bu gün Azərbaycanın milli təhlükəsizlik naziri ilə görüş zamanı o qeyd etdi ki, sərhəddən daha çox həşiş keçirməyə çalışırlar və bu narkotik maddə əsasən İran ərazisindən daşınır. Biz hər il daha çox miqdarda həşiş partiyası müsadirə edirik, 2009-cu ildə 3 ton, ötən il isə 3,5 ton həşiş müsadirə etmişik”.
Rusiya Narkotiklərə Nəzarət Federal Xidmətinin direktoru bildirib ki, bu gün Rusiyaya gətirilən narkotik maddələrin əksəriyyəti Əfqanıstan mənşəlidir: “Əfqanıstan bu gün 10 il əvvəl bütün dünyada istehsal olunan heroinin ümumi miqdarından 2 dəfə artıq heroin istehsal edir. Bu ölkə həmçinin həşiş istehsalına görə də birinci yerdədir. Əvvəl ilk yeri Mərakeş tuturdu”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR