Sabunçuda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabunçuda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 25 iyun 2011 09:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 25-də saat 00.10 radələrində Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şəhər sakini Mirməhəmməd Salayev “Tempra” markalı avtomaşını idarə edərkən Vilayət Ələsgərovu vurub. V.Ələsgərov hadisə yerində ölüb. Sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR