Azərbaycan İstanbulda keçiriləcək Nəqliyyat və Logistika Xidmətləri üzrə Əməkdaşlıq Forumunda iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək Nəqliyyat və Logistika Xidmətləri üzrə Əməkdaşlıq Forumunda iştirak edəcək
# 14 noyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 6-7-də BMT-nin İnkişaf Proqramının (UNDP) Qara Dəniz Ticarət və İnvestisiya Proqramı (QDTİP) ilə İstanbul Ticarət Palatasının təşkilatçılığı ilə İstanbulda «Regional əlaqələri gücləndirmək» Nəqliyyat və Logistika Xidmətləri üzrə Əməkdaşlıq Forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, foruma 12 ölkədən (Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə bə Ukrayna) 100 şirkət cəlb olunacaq. Azərbaycandan tədbirə ən çox 10 şirkət qatıla bilər. Azərbaycan şirkətlərini məlumatlandırmaq üzrə yerli rəsmi təşkilat Azpromo-dur.

Qeydiyyatdan keçən şirkətlər qarşılaşdırma aparıldıqdan sonra digər ölkələrin müvafiq sektorlarında çalışan şirkətlərlə ikitərəfli görüşlərdə iştirak edərək yeni beynəlxalq müştərilər tapmaq, biznes imkanları müzakirə etmək, birgə müəssisələr yaratmaq, şəbəkələşməyə qoşulmaq, nou-hau ötürülməsi və məlumat mübadiləsindən faydalanmaq imkanı qazanacaq. Şirkət nümayəndələri həmçinin forum ərzində keçiriləcək biznes sessiyalarda beynəlxalq mütəxəssislərin cari bazarların inkişaf istiqamətləri və gələcək proqnozlarına dair təhlil və qiymətləndirmələrindən yararlana biləcəklər.

Əlaqə telefonu (+994 12) 598-01-47.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR