AFFA 4 kluba 5200 manat cərimə kəsdi

AFFA 4 kluba 5200 manat cərimə kəsdi
# 29 noyabr 2011 10:19 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XIV turunda baş verənləri müzakirə edən komitə üzvləri müvafiq qərarlar qəbul ediblər. Ümumilikdə isə, klublara 5200 manat cərimə kəsilib.

“Simurq”la matçın 80-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Katalin Doman (“Xəzər Lənkəran”) 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

78-ci dəqiqədə yerli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Simurq” 2000 manat ziyana düşüb.

“İnter”lə görüşdə 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün AZAL 1000 manat cərimə edilib.

“Qarabağ”– “Neftçi” matçının 70-ci dəqiqəsində ağdamlı fanatlar meydançaya kənar əşyalar atdıqları üçün meydan sahibi AFFA-nın büdcəsinə 2000 manat köçürəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR