Bu gün keçirilən qəbul imtahanları zamanı bir abituriyentdə suçiçəyi aşkarlanıb

Bu gün keçirilən qəbul imtahanları zamanı bir abituriyentdə suçiçəyi aşkarlanıb
# 03 avqust 2012 11:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakıda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 6 nəfər təcili tibbi yardıma müraciət edib. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, qəbul imtahanları keçirilən məntəqələrdə təcili yardıma müraciət edən 6 nəfərdən üçü valideyn, biri abituriyent, biri isə valideynləri ilə gələn 11 yaşlı uşaq olub. Z. Verdiyeva deyib ki, 258 saylı orta məktəbdə imtahan başlamamışdan əvvəl abituriyentlərin birində suçiçəyi xəstəliyi aşkarlanıb və o imtahandan xaric edilib.

Bakı Dövlət Universitetində keçirilən qəbul imtahanında iştirak edəcək bir nəzarətçinin isə ayağı burxulub və o, xəstəxanaya yerləşdirilib. Valideynləri ilə gələn 11 yaşlı uşaqda isə burun qanaması baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR