Xorvatiya prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xorvatiya prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 12 mart 2012 10:16 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, qonaqların təhlükəsizliyini təmin etmək məqsədlə bu gün 17.00-dan sabah tədbir başa çatanadək fasilələrlə Aeroport şossesi, Heydər Əliyev, Azadlıq prospektləri, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva küçələri, Neftçilər prospekti, “Azneft” meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR