Azərbaycan MSK parlament seçkiləri ilə bağlı ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adını açıqlayıb

Azərbaycan MSK parlament seçkiləri ilə bağlı ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-in adını açıqlayıb
# 24 sentyabr 2010 10:04 (UTC +04:00)
Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirilib.

Ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq KİV-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri daxildir.

Adları çəkilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR