Sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılır

Sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
# 16 may 2011 15:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yay mövsümünün yaxınlaşması ilə bağlı sərinləşdirici içkilərə tələbat da artır. “APA-Economics”in xəbərinə görə, bununla əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sərinləşdirici içkilər bazarında dövlət nəzarət tədbirləri daha da gücləndirilib.

Dövlət Xidmətinin Bakı şəhəri, Biləcəri şosesi, Yeni Yaşayış massivində Tahir Nəbiyevə məxsus istehsalat sahəsində keçirdiyi yoxlama zamanı “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin müvafiq reseptura olmadan istehsal edildiyi, habelə həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Bununla yanaşı, yoxlama zamanı müəssisədə “Dağlar” adlı qablaşdırılmış saxta içməli suyun istehsal edildiyi də aşkar olunub.

Qanun pozuntuları ilə əlaqədar “Dağlar” qablaşdırılmış içməli suyunun, “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə müvafiq reseptura olmadan istehsal edilmiş, eləcə də 1572 litr saxta sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Tahir Nəbiyevə icrası məcburi göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR