Ermənistana silah yardımı: Rusiya Dağlıq Qarabağ münaqişəsinə nəzərən neytrallığı pozur - TƏHLİL
Bakı. Vüqar Məsimoğlu-APA. Qərblə Rusiya arasında başlanan “soyuq müharibə”nin fəsadları dünyanın maraqlar mübarizəsinə səhnə olan bütün regionlarında özünü göstərməkdədir.
Kosovonun müstəqilliyinin tanınması, BMT və ATƏT-in siyasi proseslərə təsir imkanlarının zəiflədilməsi, Avropaya elan edilən “enerji müharibəsi”, Gürcüstana hərbi təcavüz, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması – bütün bunlar ABŞ-Rusiya qarşıdurmasının real fəsadlarıdır. Hər şey Vaşinqtonun Şərqi Avropada raket hücumundan müdafiə kompleksi yerləşdirmək niyyəti ilə başlayıb. Bu məsələdə ABŞ-la ortaq məxrəcə gələ bilməyən Rusiya rəqibin hücumuna ortaq maraqların mövcud olduğu regionlarda qeyri-stabillik yaratmaqla cavab verməyə çalışır. Qərb-Rusiya qarşıdurmasının müstəvisinə çevrilən bölgələrdən biri də Cənubi Qafqazdır.
Rusiya Qafqaz regionunu tarixən münaqişələr hesabına idarə edib. SSRİ dağıldıqdan sonra bölgədə ən müxtəlif kombinasiyalı münaqişələr yaradan Moskva fürsət düşdükcə Cənubi Qafqazda qeyri-stabillik yaratmağa qadir olduğunu Qərbə nümayiş etdirir. Avqustda Gürcüstana qarşı aşkar hərbi təcavüz, separatçı bölgələrin müstəqilliyinin tanınması Rusiyanın gövdə nümayişi idi. Avropaya “qaz müharibəsi” elan edən və Yaxın Şərqdə Qərb əleyhdarı olan ölkələrlə hərbi müttəfiqlik münasibətlərinin bərpa edən Kreml üzünü yenidən Cənubi Qafqaza çevirib. Ermənistana növbəti dəfə silah yardımı eləyən Moskva bununla da Cənubi Qafqaz siyasətini 180 dərəcə dəyişdiyini təsdiqləyib. Bu həm də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə nəzərən yürütdüyü siyasətin köklü surətdə dəyişməsi deməkdir.
Moskva Ermənistana silah yardımı göstərməklə
a) Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tutmadığını təsdiqləyib və bu münaqişənin tərəfi olduğunu nümayiş etdirib;
b) Münaqişə vəziyyətində olan ölkələrə silah satışının qadağan olunması barədə beynəlxalq sazişləri pozub;
c) Azərbaycanla imzalanmış çoxtərəfli əməkdaşlıq haqqında dövlətlərarası sazişlərə ciddi münasibət bəsləmədiyini nümayiş etdirib.
Ermənistana 800 milyon dollar dəyərində silah-sursat, hərbi texnika və avadanlıq verilməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını sual altına qoymuş olub. Əslində bu sual Rusiya Gürcüstan ərazisində separatçı rejimlərin müstəqilliyinin tanınmasından sonra meydana çıxmışdı. Gürcüstanda separatçı rejimlərə dəstək verən, onların müstəqilliyini tanıyan və həmin əraziləri faktiki olaraq öz yurisdiksiyasına daxil edən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında obyektiv mövqedən çıxış edəcəyinə kim qarantiya verə bilər?
Rusiyanın Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tuta bilməyəcəyi onsuz da məlumdur, çünki Moskva
a) Ermənistan ərazisində hərbi bazaya malikdir, bu ölkənin cənub sərhədlərinin qorunmasını həyata keçirir;
b) Ermənistanla hərbi-siyasi müttəfiqdir;
c) Azərbaycanın Dağlıq Qarabağ adlanan ərazisinin işğalında birbaşa iştirak edib;
d) Dağlıq Qarabağdakı separatçı rejimlə müxtəlif səviyyədə əməkdaşlıq münasibətlərinə malikdir;
e) Ən nəhayət bu ölkəni mütəmadi olaraq silahlandırmaqla məşğuldur;
Bütün bu amillər, həmçinin münaqişə tərəfi olan Ermənistana bu ölkənin az qala hərbi büdcəsi miqdarında silah bağışlanması Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik imkanlarından imtina etməyə əsas yaradır. Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlı olan, bundan bölgə ölkələrinə təzyiq vasitəsi kimi istifadə edən Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hər hansı formada əməkdaşlıq Azərbaycanın maraqlarına cavab vermir. Və münaqişənin nizamlanması prosesinin bu qədər uzanmasında sözsüz ki, danışıqlarda vasitəçilik edən Rusiyanın neytral mövqeni daim Ermənistanın lehinə pozmasının da böyük payı var.
Siyasi
Ermənistanın humanitar paradoksu: Konfranslar keçirilir, itkin düşmüş azərbaycanlıların taleyi isə açıqlanmır – TƏHLİL
Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL
4000-dən çox azərbaycanlı itkinin naməlum taleyi: Ermənistanın humanitar bəyanatları ilə reallıq arasındakı ziddiyyət – TƏHLİL
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Tarixi dostluqdan strateji tərəfdaşlığa - TƏHLİL
Xəbər Lenti
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişəcək
Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
Ev təsərrüfatlarının uçotu gənc ailələrə dəstək imkanlarının genişləndirilməsinə töhfə verəcək - ŞƏRH
Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçirilir - YENİLƏNİB
Prezidentin sosial şəbəkə hesablarında Maka Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Səbaildə abidənin qapısı şüşə konstruksiya ilə əvəzlənib, ilkin görkəminə qaytarılması üçün işlər davam edir - FOTO
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski Ukraynanın Fin körfəzində Rusiya gəmisini vurduğunu etiraf edib
Azərbaycanda daha 90 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır
Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin müavinini qəbul edib
Çin Azərbaycana minatəmizləmə ilə bağlı ianə ayırıb
Çağırışaqədərki hazırlıq dövründə gənclərin PUA barədə biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Kiçik sahibkarlıq subyektlərinə güzəşt tətbiq olunacaq
Temperatur enəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn olacaq, vətənpərvərlik şüurunu formalaşdırılmasına xidmət edəcək
İqtisadçı-ekspert: Uçot gənc ailələrin mənzil şəraiti və iqtisadi müstəqilliyi ilə bağlı real mənzərəni ortaya qoyacaq
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Şəkərli diabet xəstələləri üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişib
Ukrayna XİN rəhbəri sanksiya tətbiq edilmiş rusiyalıya AEBA-da vəzifə verilməsini sərt tənqid edib
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə təsdiqlənib
Siyavuş Novruzov: Bəzi hallarda çoxu göstərir ki, bu vəsaitlər ona babasından qalıb, əslində, yoxlasan, babası lütün biri olub
Gələn il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
Badamdarda sürüşmə davam edir, çatlar genişlənib
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Rusiyada terrorçu Monte Melkonyan haqda filmin nümayişi ləğv edilib
“PAŞA Sığorta”dan “Sığortalı Cümə” kampaniyası: Tam KASKO-ya 25% endirim!
Ekspert: Kənd təsərrüfatının uçotu sosial-iqtisadi qərarların qəbulunda mühüm əhəmiyyət daşıyır
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Kreml: Putin Trampa və Si Cinpinə nizamlama təklif edən heç bir sənəd təqdim etməyib
Peskov: Əbu-Dabidə növbəti üçtərəfli danışıqların tarixi hələ müəyyən edilməyib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Parlament Orta Kür kontrakt sahəsi üzrə Sazişi təsdiqləyəcək
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Türkiyədə sabiq nazir Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair sənəd imzalanıb - YENİLƏNİB
“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək
Deputat vəzifəyə təyin olunanların öz qohumlarını irəli çəkməsindən şikayətlənib
İsrailin Qəzzaya raket zərbəsi nəticəsində Rusiya vətəndaşı ölüb
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Rəsmi Moskva iki rusiyalı diplomatın Kiprdən çıxarılması ilə bağlı xəbərləri təkzib edib