Rusiyanın yeni milli təhlükəsizlik konsepsiyası: siyasi proqnozlar, yoxsa Kremlin planları? - TƏHLİL
Siyasi proqnozlaşdırma - milli təhlükəsizlik konsepsiyasının onurğa sütunudur, hədəflərin gerçəkləşməsi proseslərin gedişinin nə dərəcə uğurlu proqnozlaşdırılmasından asılıdır. Son aylar ərzində baş verən proseslərlə qeyd olunan konsepsiyadakı proqnozların üst-üstə düşməsi sənəddə siyasi analitika işinin akademik səviyyədə aparılmasından xəbər verir. Burada qəribə məqam analitiklərin orta və uzunmüddətli dövr üçün verdiyi proqnozların taktiki məqamda özünü doğrultmasıdır.
Proqnozlaşdırılan enerji müharibələri. Sənədin əhəmiyyətli hissəsini dünyada enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşəcəyinə dair proqnozlar təşkil edir. Bu proqnozları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
a) Uzunmüddətli perspektivdə dünyada enerji resurslarına nəzarət uğrunda rəqabət kəskinləşəcək.
b) Beynəlxalq siyasətin əsas diqqəti enerji mənbələrinə çıxış əldə etmək üzərində cəmləşəcək.
c) Bu mübarizənin əsas obyektləri a) Yaxın Şərq, b) Barens dənizi şelfi, c) Arktikanın digər regionları, d) Xəzər hövzəsi, e) Mərkəzi Asiya regionu olacaq.
d) Dünyada karbohidrogen ehtiyatları uğrunda mübarizə hərbi qarşıdurmaya qədər inkişaf edə bilər.
e) Enerji müharibələri Rusiya və müttəfiq ölkələrin sərhədlərində yaranmış balansın pozulması (!), nüvə silahlına malik ölkələrin sayının artması ilə nəticələnə bilər.
“Qaz müharibəsi”. Göründüyü kimi, Rusiya yaxın, orta və perspektiv planda “enerji müharibələri”nin başlayacağını istisna etmir. Maraqlı məqam konsepsiyanın detalları açıqlandıqdan qısa müddət sonra Avropanın enerji təminatını iflic vəziyyətinə salan Rusiya-Ukrayna enerji müharibəsinin başlanmasıdır. Bu müharibə Rusiyanın milli təhlükəsizlik konsepsiyasında nəzərdə tutulan potensial “enerji müharibələri”nin simulyasiyası kimi nəzərdən keçirilməlidir. Ən azı “qaz müharibəsi”nin səbəbləri, tərəfləri (Avropa İttifaqı, ABŞ, Rusiya, Ukrayna, enerji resurslarına malik postsovet ölkələri), inkişafı və nəticələri konsepsiyada proqnozlaşdırılan ssenari ilə tam uyğun gəlir. Bu uyğunluq belə bir sual ortaya çıxarır: “Analitiklər prosesləri son dərəcə dəqiqliklə proqnozlaşdıra bilib, yoxsa, konsepsiyadakı Rusiyanın növbəti 12 il üçün nəzərdə tutulan planları proqnoz kimi təqdim olunur?” İkinci versiya daha ağlabatandır, çünki, son iki ayda sənəddə proqnozlaşdırılan digər ssenarilərin də simulyasiyasına rast gəlinib. Söhbət analitiklərin dünyanın “qaynar nöqtələri”nə dair proqnozlarından gedir.
Münaqişə proqnozları. Ruslar 2020-ci ilə kimi dünyanın müxtəlif bölgələrində mövcud olan münaqişə ocaqlarının yenidən qızışacağını və bu faktın beynəlxalq duruma neqativ təsir göstərəcəyini ehtimal edirlər. Milli təhlükəsizlik konsepsiyasında beynəlxalq gərginliyə səbəb ola biləcək münaqişələr sırasında Əfqanıstan, İraq, Yaxın və Orta Şərq, Cənubi Asiya və Afrika ölkələri, Koreya yarımadasının adı çəkilir. Sözsüz ki, adı çəkilən bölgələrdəki münaqişələrin istənilən halda qızışması mümkündür və bunu proqnozlaşdırmaq heç də çətin məsələ deyil. Sadəcə, maraqlı məqam sənəddə münaqişələrin “beynəlxalq duruma neqativ təsir göstərə biləcək səviyyədə qızışması” fikrinin əks olunmasıdır.
Qəzza zolağı. Sənəd geniş ictimaiyyət üçün açıqlandıqdan qısa müddət sonra İsrailin Qəzza zolağında irimiqyaslı hərbi əməliyyat başlaması rusiyalı analitiklərin daha bir proqnozunu doğrultmuş oldu. Uzun müddətdən sonra ilk dəfə olaraq İsrail-Fələstin münaqişəsi regionda qüvvələr və maraqlar balansını dəyişdirə biləcək həddədək inkişaf etdi. Münaqişənin İsraillə Türkiyənin münasibətlərinə ciddi xələl gətirməsi, Avropa İttifaqının Yaxın Şərqdə mövqeyini möhkəmlətməsi, müsəlman dünyasında ciddi fikir ayrılığının yaranması kimi ciddi nəticələri mövcuddur. Yenə də hər şey tam Rusiyanın milli təhlükəsizlik konsepsiyasında proqnozlaşdırılan ssenariyə uyğundur. Görəsən, proqnozun bu dərəcədə özünü doğrultması Rusiyanın milli təhlükəsizlik konsepsiyasını hazırlayan analitiklərin peşəkarlığından (uzaqgörənliyi), yoxsa, proqnoz kimi təqdim olunan ssenarilərin gerçəkləşməsində Moskvanın əsas rol oynamasından irəli gəlir?
Koreya yarımadası. Konsepsiyada irəli sürülən siyasi proqnozların özünü doğrultmasına Koreya yarımadasında vəziyyətin gərginləşməsini də misal göstərmək olar. Şimali Koreyanın Cənubi Koreya ilə bütün müqavilələrdən çıxması, Sarı dənizdə hərbi qarşıdurma ehtimalının artması, Pxenyanın Seuldakı hökuməti dəyişdirmək niyyətində olduğunu açıqlaması konsepsiyada qeyd olunan “Koreya yarımadasında münaqişə beynəlxalq gərginliyə səbəb ola biləcək və beynəlxalq duruma neqativ təsir göstərəcək səviyyədə inkişaf edə bilər” proqnozuna tam uyğundur. Yenə də məsələ qaranlıq qalır: siyasi uzaqgörənlik, yoxsa proqnoz kimi təqdim olunan siyasi planların gerçəkləşməsi?
Kollektiv Təhlükəsizlik Müqaviləsi. Siyasi proqnozların gerçək həyatda simulyasiyasına son misal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunun artacağını göstərmək olar. Ötən həftə KTM iştirakçısı olan dövlətlərin qurumun vahid çevik hərbi qüvvələr yaratması layihəsini təsdiqləməsi, ardınca Rusiya prezidenti Dmitri Medvedyevin KTM-in NATO ilə eyni standartların daşıyıcısı olan quruma çevriləcəyi barədə bəyanatı daha bir siyasi proqnozun gerçəkləşmək yolunda olduğunu təsdiqləyir. Konsepsiyadakı siyasi proqnozların taktiki planda özünü 100 faiz doğrultması belə bir nəticəyə gəlməyə əsas verir: “Rusiyanın milli təhlükəsizlik konsepsiyasında siyasi proqnoz kimi təqdim olunan məqamlar ölkənin taktiki və strateji müstəvidə planlaşdırdığı və əsas rəqib olaraq qeyd olunan ABŞ-la rəqabətdə həyata keçirəcəyi planlardan ibarətdir”.
Azərbaycan. Bəs Rusiya öz milli təhlükəsizlik konsepsiyasında Azərbaycana hansı yer ayırıb? Yaxud Rusiyanın yaxın gələcək üçün siyasi, hərbi planlarının Azərbaycana təsiri hansı formada olacaq. Hələlik sənəd tam açıqlanmadığına görə bu sualları konkret formada cavablandırmaq çətindir. Konsepsiyanın tezisləri sırasında Azərbaycanla bağlı yeganə məqam - Xəzər hövzəsinin beynəlxalq aləmdə enerji mənbələrinə çıxış əldə etmək uğrunda mübarizənin əsas obyektlərindən birinə çevriləcəyidir. Yəni yuxarıdakı təhlilə əsaslansaq, Rusiyanın siyasi planları sırasında Xəzər hövzəsini enerji mənbələri uğrunda beynəlxalq rəqabətin (qarşıdurmanı) müstəvisinə çevirmək də var. Moskvanın bunu hansı məqsədlə, hansı formada, nə zaman etməyi planlaşdırdığı sualını cavablandırmaq çətindir. Konsepsiyada siyasi proqnoz olaraq dünyada enerji resurslarına nəzarət uğrunda rəqabət kəskinləşəcəyi, bu mübarizənin əsas obyektlərindən birinin Xəzər hövzəsi olacağı, dünyada karbohidrogen ehtiyatları uğrunda mübarizə hərbi qarşıdurmaya qədər inkişaf edə biləcəyi, ən nəhayət enerji müharibələrinin Rusiya və müttəfiq ölkələrin sərhədlərində yaranmış balansın pozulması (!) il nəticələnə biləcəyi qeyd olunur. Bu, Rusiyanın növbəti illər ərzində Xəzər hövzəsi üçün hansı planlar cızdığına qismən aydınlıq gətirmiş olur. Xəzər hövzəsi üçün ehtimalların proqnoz, yoxsa siyasi plan olduğunu yaxın gələcəkdə görmüş olacağıq.
Siyasi
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Şanxaydan Bişkekə: Şanxay Əməkdaşlıq Təşkilatı nədir və necə fəaliyyət göstərir? - TƏHLİL
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər