Britaniyalı parlamentar haqqında gerçəklər - TƏHLİL
“Guardian” qəzeti isə britaniyalı parlamentar Mark Fildin baş ofisi Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətindən maliyyələşməsi ilə bağlı məlumat yayıb. Maliyyələşmənin forması haqqında məlumat verilməsə də, Mark Fildin Britaniya parlamentinin kəşfiyyat komissiyasının üzvü olduğu yazılıb. Amma o yazılmayıb ki, Mark Fild 2010-cu ildən etibarən həm də Böyük Britaniya-Azərbaycan dostluq qrupunun sədridir. Parlamentin Azərbaycan dostluq qrupunun sədri olan şəxsin Azərbaycana səfər etməsində, bu ölkənin Britaniyadakı diasporunun tədbirlərinə qatılıb, çıxış eləməsində heç bir qeyri-adilik yoxdu. Əksinə, 2010-cu ilə kimi Britaniya-Azərbaycan dostluq qrupunun sədri olmuş Brüss Corcun ümumiyyətlə bir dəfə də Azərbaycana səfər etməməsi, bu ölkə ilə bağlı parlamentdə heç vaxt danışmaması anormal idi.
Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti indiyə qədər iki dəfə Azərbaycana səfər edib və ən yüksək səviyyədə görüşlər keçirib. Bu səfərlərin texniki təşkilatçısının Avropa Azərbaycan Cəmiyyəti olduğu isə həmin vaxt işıqlandırılan xəbərlərdə qeyd olunub. M. Fildin rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə 2010-cu ilin iyulunda Azərbaycana səfər edib. Həmin səfər zamanı o, APA-ya müsahibə də verib (http://az.apa.az/news.php?id=192885).
Mark Fildin başçılıq etdiyi heyətin Azərbaycana sonuncu səfəri isə bu il mayın 26-da başlayıb. Səfər rəsmi xarakter daşıyıb. Həmin səfər də digər media orqanları kimi APA-da da işıqlandırılıb (http://az.apa.az/news.php?id=224147). Mayın 26-dan 30-a qədər davam edən səfər çərçivəsində Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti cəbhəyanı bölgədə səfərdə olub, azərbaycanlı məcburi köçkünlərlə görüşüb. (http://az.apa.az/news.php?id=224144) O görüşdən sonra jurnalistlərə açıqlama verən Mark Fild deyib: “Biz burada, Azərbaycanın çox gözəl məkanında insanların qaldırdığı haqlı və ədalətli problemləri dinlədik. İstəyirik ki, bu 20 illik münaqişə həllini tapsın, insanların, xüsusilə uşaqların firavan və xoşbəxt gələcəkləri olsun”.
Öz anasının da 15 yaşlarında iki dəfə qaçqınlıq həyatı yaşadığını, qaçqınlığın insanlara vurduğu mənəvi zərbənin mahiyyətini yaxşı bildiyini deyən ingiltərəli deputat insanların dinc qonşuluq şəraitində yaşamasını arzuladığını ifadə edib. Anasının 80 yaşında öz doğma yurd-yuvasını görmədən həyatdan köçməsinin indi də onu ağrıtdığını deyən parlamentar bildirib ki, Azərbaycanda gördüklərini, eşitdiklərini Böyük Britaniya ictimaiyyətinə olduğu kimi çatdıracaq.
Mark Fildlə birlikdə Azərbaycana gələn, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, lord Con Kuluni isə deyib ki, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlarla yaxından tanışdır: “Mən ilk dəfə azərbaycanlılar qaçqın-köçkün düşəndə burda olmuşam. O vaxtlar insanların üzləşdiyi çətinliklərin şahidiyəm. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Britaniya parlamentində dəfələrlə Azərbaycanın lehinə çıxışlar etmişəm.”
Ölkəsində ermənilərin çox az dəstəyə malik olduğunu deyən lord Kuluni soyqırım məsələsində də Böyük Britaniyanın türklərin yanında olduğunu, ermənilərin bu iddialarının ölkəsi tərəfindən dəstəklənmədiyini söyləyib.
Qarabağ münaqişəsinin həllində İngiltərənin mövqeyinə gəlincə, britaniyalı diplomat belə deyib: “Biz belə düşünürük ki, Ermənistan bu münaqişənin həlli üçün cəhdlərini artırmağı başa düşməlidir. Ermənilər başa düşməlidirlər ki, Qarabağ münaqişəsinin həlli onlar üçün həm də böyük iqtisadi məsələlərin həlli deməkdir, ermənilər özlərini bundan məhrum edirlər”.
Bu bəyanat təkcə Qarabağla yekunlaşmayıb. Nümayəndə heyəti geri döndükdən sonra Britaniya parlamenti üçün hesabat hazırlanıb, sənədlər və şəkillər parlamentarlara paylanıb, debat təşkil olunub, parlamentarlar Qarabağda gördüklərini anladıblar: “İndi dünyanın hansı çağıdır ki, bir ölkənin torpağı işğal olunur və biz susuruq” deyə sual ediblər.
Mark Fildin başçılıq etdiyi nümayəndə heyətini prezident İlham Əliyev, parlament sədri Oqtay Əsədov qəbul edib. Bu heyət Azərbaycan-İngiltərə dostluq qrupunun üzvləri ilə görüş keçirib və bütün bu xəbərlər müvafiq qurumların saytlarında yerləşdirilib, hər bir xəbərdə səfər təşkilatçısının AAC olduğu vurğulanıb. Eyni zamanda parlamentarlar öz saytlarında bu barədə məlumatlar yerləşdiriblər.
Ümumiyyətlə, indiyə qədər AAC-nin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Britaniya parlamentinin üzvlərinin ölkəmizə 3 səfəri təşkil edilib. Hazırda Britaniyadakı partiyalarda Azərbaycan dostluq qruplarının yaradılması ilə bağlı iş aparılır.
Əlbəttə ki, bu bəyanatların, səfərlərin, reallıqları öz gözü ilə görən parlamentarların Böyük Britaniya parlamentindəki çıxışları, təşkil etdiyi debatlar, indiyə qədərki sükutun pozulması erməni diasporunu narahat etməyə bilməz. Azərbaycan problemlərinin kiçik qruplu küçə yürüşlərindən parlament tribunalarına daşınmasına işğalçıların diaspor təmsilçilərinin biganə qalacağını, adekvat addımların atılmayacağını gözləmək sadəlövhlük olardı. Bir neçə il öncə ümumiyyətlə adı çəkilməyən Xocalı faciəsi ilə bağlı indi Britaniya parlamentində yayılan sənədə 40-dan artıq parlamentarın imza atmasının erməniləri qıcıqlandırmamasını gözləmirik.
Sual başqadı: Bəs bizimkilər niyə sifarişinin haradan gəldiyi bəlli olan bu materialları nöqtəsinə-vergülünə toxunmadan yayırlar? Axı müasir informasiya əsrində axtarış sistemlərinə “Mark Fild” və ya “AAC” yazmaq çətin deyil. Axı söhbət konkret şəxslərdən yox, ölkənin marağından, başımız üstündə bayraq elədiyimiz Dağlıq Qarabağ problemindən gedir...
APA-Analitik
Siyasi
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Şanxaydan Bişkekə: Şanxay Əməkdaşlıq Təşkilatı nədir və necə fəaliyyət göstərir? - TƏHLİL
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər