“Hamımız azərbaycanlıyıq” deyəkmi?
APA yazını təqdim edir.
Fransanın soyqırımı inkar edənləri cəzalandırma qanunu Azərbaycanda da böyük etiraza səbəb oldu. Azərbaycan Xarici İşlər Nazirliyi, Prezident Aparatı, müxalifəti, qeyri-hökumət təşkilatları, mediası ilə bu məsələyə öz münasibətini bildirdi. Xoş, Türkiyədə yenə də birilərini məmnun eləyə bilmədik. Amma bizim heç belə dərdimiz də yox idi...
Biz Türkiyə qədər Azərbaycanı da yaralamış, azadlığa və ədalətə qarşı olan bu qanunun qəbul edilməsinə etirazımızı ortaya qoyduq. Hələ-hələ bizi həmişə azadlıqları boğmaqda ittiham edən Fransa rəsmilərinə, parlamentinə və bu qərara səssiz qalan ziyalılarına üzüldüyümüzü çatdırmaq istədik. Hər halda bir az da bacara bildik.
Biz haqsızlığın, ədalətin ayaq altına atılmasının nə demək olduğunu çox yaxşı bilirik. Çünki torpaq itirən, yurdu yağmalanan, yavruları erməni gülləsiylə qətl edilmiş millətik biz. Ona görə də Fransa Senatının ermənilərə dəstək olan bu qanununu həm də özümüzə təhqir hesab edirik.
Biz də hayqırmaq, 20 ildir ki, dünyanın görmədiyi həqiqətimizi çatdırmaq istəyirik. Onu ən yaxınımızdakı İstanbulun küçələrində “hamımız erməniyik” qışqırıb yürüş edənlərin duymasını arzulayırıq.
Fransızdan, almandan, çinlidən öncə türkün və Türkiyənin bizim həqiqətimizi görməsini, bilməsini istəyirik.
Təxminən bir ay sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımdan 20 il ötür. 20 il öncə bir neçə saat içində bir şəhər yer üzündən silindi. Ermənilərdən qaçan 2500 dinc sakindən 613-ü düşmən gülləsiylə qətl edildi, 63-ü uşaq, 106-sı qadın, 70-i qocaydı. Bir saat içində 8 ailə yox oldu. 487 nəfər düşmən gülləsindən yaralandı, 76-sı uşaqdı, 1275 nəfər əsir alındı, 150 nəfərin öldü-qaldısından hələ də xəbər yoxdu... Və bu vəhşət 20 il öncə dünyanın gözü önündə yaşandı. Heç kimsədən səs çıxmadı... Azərbaycan tək sinəyə çəkdi bu yaşananları, hələ də davam edir bu əzablar...
Bir ay sonra bütün dünyaya türkün necə soyqırım edildiyini göstərəcəyimiz tarixdi. İstanbul küçələrində yüz minlərin Xocalı qətliamını əks etdirən şəkillərlə yürüyüb dünyaya 20 il əvvəl olanları hayqırmaq imkanı var. Nə deyirsiniz, İstanbul küçələrində “hamımız azərbaycanlıyıq” çağıraqmı? “Türkiyənin vicdanı”nı bir də bu yandan göstərəkmi dünyaya?
Tarixin ən böyük, ən gözəl qardaşlıq hekayəsi olan Türkiyə və Azərbaycan birliyini başda Fransa olmaqla Avropanın üzünə hayqıraqmı?
Bunu indi etməyəcəyik də nə zaman edəcəyik?
“Hamımız azərbaycanlıyıq” deyəkmi?
Siyasi
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Şanxaydan Bişkekə: Şanxay Əməkdaşlıq Təşkilatı nədir və necə fəaliyyət göstərir? - TƏHLİL
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər