Bank Of Baku

Azərbaycanda ali təhsilin keyfiyyətinin təmin edilməsi ilə bağlı milli məsləhətçilərin seçiminə başlanıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin təmin edilməsi ilə bağlı milli məsləhətçilərin seçiminə başlanıb
# 14 oktyabr 2010 15:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi və Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi və ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçilərin seçilməsi üçün müsabiqə elan edib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi üzrə milli məsləhətçi beynəlxalq miqyasda müsabiqəli maliyyələşdirməyə dair müxtəlif yanaşmalar haqqında əsas maraqlı tərəflər üçün təcrübi seminar, o cümlədən müzakirələr təşkil edəcək, Azərbaycan şəraitinə uyğun gələ biləcək yanaşmaların növlərini tövsiyə edəcək, yardımçı layihə təklif edənlər, dəyərləndiricilər və daimi komissiya üzvləri üçün təcrübi təlim seminarları keçirəcək. Təcrübi seminarlardan əldə olunan təcrübəni nəzərə alaraq, təlimatın yekun variantını hazırlayacaq.

Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçi isə ölkə miqyasında və əsas ali təhsil müəssisələri daxilində hazırkı keyfiyyət təminatı tədbirlərində qüsurların müəyyən edəcək, Azərbaycanda keyfiyyət təminatın sisteminin qurulması işini inkişaf etdirmək üçün lazım olan vəsaitlərə və imkanlara dair tələbatları və s. müəyyən edəcək.
Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 28-dək müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR