Avropa İnsan Hüquqları Məhkəməsinin yeni sədri seçilib

Avropa İnsan Hüquqları Məhkəməsinin yeni sədri seçilib
# 21 sentyabr 2015 16:34 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, bu posta İtaliyanın AİHM-dəki hakimi Guido Raymondi seçilib və onun sədrlik səlahiyyətləri bu ilin noyabr ayının 1-dən qüvvəyə minəcək. O, bu vəzifədə mandatı bu ilin oktyabrın 31-də başa çatan Lüksemburqlu Din Şpilmanı əvəz edəcək.

Qeyd edək ki, İtaliyanın Neapol şəhərindən olan Guido Raymondi 2010-cu ildən İtaliyanın AİHM-dəki hakimi, 2012-ci ildən isə Məhkəmənin vitse-prezidenti və şöbə müdiri vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR