Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası vəfat etmiş erməni qaçqının Azərbaycana qarşı iddiasına baxacaq

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası vəfat etmiş erməni qaçqının Azərbaycana qarşı iddiasına baxacaq
# 03 fevral 2014 10:09 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Fevralın 5-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası Minas Sarkisyanın Azərbaycana qarşı iddiası üzrə dinləmə keçirəcək. APA-nın AİHM mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, M. Sarkisyan Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndində yaşayıb və 1992-ci ildə öz evini tərk etmək məcburiyyətində qalıb. 1929-cu il təvəllüdlü M. Sarkisyan 2009-cu ildə İrəvanda vəfat edib. İndi onun maraqlarını 2 övladı təmsil edir.

İş üzrə ilk dinləmə 2010-cu il sentyabrın 15-də keçirilib. 2011-ci il dekabrın 14-də məhkəmə onun şikayətini qismən məqbul hesab edib. Qarşıdakı iclasda AİHM iş üzrə müzakirələri davam etdirəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR