“Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi keçirilir - FOTO

“Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi keçirilir - <span style="color: red;">FOTO
# 15 may 2015 11:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresi başlayıb.

APA-nın məlumatına görə, tədbir Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

Dünyanın aparıcı kardioloq və kardio-cərrahlarının da dəvət olunduğu Konqresdə 450-dən artıq yerli və əcnəbi mütəxəssis iştirak edir.

Beynəlxalq konqresdə kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq, tibbin bu sahəsinin ən son yenilikləri müzakirə ediləcək.

Konqresin rəsmi açılış mərasimi sabah saat 10.00-da Fairmont otelində (Alov Qüllələri) baş tutacaq.

Konqres iştirakçıları bu gün Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR