İran XİN rəhbəri: “Altılıq” nüvə razılaşmasının əldə olunmasına əngəl törədir”

İran XİN rəhbəri: “Altılıq” nüvə razılaşmasının əldə olunmasına əngəl törədir”
# 28 iyun 2014 09:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran nüvə məsələsinin nizamlanması üçün “altılıq” ölkələrinə məntiqli təkliflər təqdim edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla belə, qarşı tərəf acgözlüyündən əl çəkməyərək nüvə razılaşmasının əldə olunmasına əngəl törədir.

M.C.Zərif həmçinin deyib ki, İranla “altılıq” ölkələrinin konkret nüvə razılaşmasının mühüm prinsiplərindən biri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əlavə protokolunu qəbul etməkdir: “Əlavə protokolun qəbul edilməsi haqda qəti qərarı İran parlamenti çıxaracaq. Əgər İranla “altılıq” ölkələri nüvə mövzusunda razılaşmaya nail olarsa, onun mətni tamamilə hazır vəziyyətə gətirilərsə və tərəflərə təqdim edilərsə, onda agentliyin əlavə protokoluna qoşulmağın qəbul edilməsi əsas prinsiplərindən biri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR