Təhsil nazirinin müavini Yaponiyada keçirilən beynəlxalq tədbirdə iştirak edir

Təhsil nazirinin müavini Yaponiyada keçirilən beynəlxalq tədbirdə iştirak edir
# 11 noyabr 2014 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, səfərin məqsədi UNESCO və Yaponiya hökuməti tərəfindən “Davamlı İnkişaf və Təhsil” mövzusunda təşkil edilmiş konfransda iştirak etməkdir.

Konfrans son 10 il ərzində BMT tərəfindən dünyanın müxtəlif ölkələrində davamlı inkişafa nail olmaq istiqamətində təhsil sahəsində həyata keçirilmiş müxtəlif layihələrin nəticələrinin və növbəti 10 il ərzində bu sahədə görüləcək işlərin müzakirəsinə həsr edilib.

Tədbir çərçivəsində nazir müavini davamlı inkişaf və təhsil sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi dövlət proqramları, prezident tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, o cümlədən Heydər Əliyev Fondu tərəfindən müvafiq istiqamətlərdə həyata keçirilmiş layihələr haqqında məlumat verib.

Tədbirin ekspertlər səviyyəsində keçirilmiş müzakirələrində Təhsil Nazirliyinin məsul əməkdaşları müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR