Ərdoğan: "TANAP-ın tikintisi sürətlə davam etdiyi bir vaxtda, "Nabucco"nun taleyi hələ də sual altındadır"

Ərdoğan: "TANAP-ın tikintisi sürətlə davam etdiyi bir vaxtda, "Nabucco"nun taleyi hələ də sual altındadır"
# 05 oktyabr 2015 14:11 (UTC +04:00)

"APA-Economics"in "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Brüsselə rəsmi səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti Avropanın enerji təhlükəsizliyi məsələsinə toxunarkən "Nabucco" və TANAP layihələri arasında paralel aparıb: "Nabucco" layihəsinin imzalanmasından neçə il keçsə də, durğunluq davam edir. Lakin TANAP layihəsi sürətlə irəliləyir. Biz verdiyimiz bütün sözləri tutduq. Biz nə mənbəyik, nə də tədarükçü. Bizim tranzitlə bağlı verdiyimiz söz var idi, onu da tutduq. Lakin Avropa bir sıra məsələləri həll edə bilmədi, nəticədə "Nabucco"nun taleyi sual altına düşüb. Tədarük məsələsində Azərbaycan ortaya çıxdı. Azərbaycanla birgə addım atdıq və hazırda TANAP-ın tikintisi sürətlə davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR