Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycanda bir sıra görüşlər keçirəcək

Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycanda bir sıra görüşlər keçirəcək
# 10 mart 2014 14:04 (UTC +04:00)

APA-nın məlumatına görə, daha sonra ordu generalı Bakıdakı Türk Şəhidliyində olub.

Quru Qoşunları komandanını Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdələr və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edirlər.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Ordu generalı H.Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər martın 12-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR