S&P “Baghlan Group FZCO”-nun reytinqini defolta qədər azaldıb

S&P “Baghlan Group FZCO”-nun reytinqini defolta qədər azaldıb
# 09 aprel 2014 10:07 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, S&P-nin yaydığı məlumatda deyilir ki, şirkətin reytinqi “V”-dən “SD”-dək (“seçilən defolt”) salınıb.

“SD” reytinqi “Baghlan Group FZCO” tərəfindən müddəti 27 dekabr 2013-cü ildə bitən 19 mln. ABŞ dolları həcmində kupon üzrə ödənişin həyata keçirilmədiyi faktını əks etdirir. Bu kupon S&P reytinqinə malik olmayan 150 mln. dollar məbləğində borcda iştirakın sertifikatlarına aiddir. S&P bu barədə yaxın zamanlarda informasiya əldə edib. Bundan başqa, sonradan “Baghlan FZCO” 8 mln. dollar məbləğində kuponu qismən ödəyib. S&P meyarlarına görə, bu, reytinqin seçilən defolta qədər azaldılmasından qurtarmaq üçün kifayət deyil”, - deyə S&P-nin məlumatında qeyd olunur.

S&P həmçinin likvidlik haqqında vaxtında və adekvat informasiya təqdim etmədiyi üçün “Baghlan Group FZCO”-nun reytinqini geri çağırıb.

“Baghlan Group FZCO”-dan APA-ya bildiriblər ki, məsələyə münasibət bildirmək istəmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR