“Kəlamlar” kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub - FOTO

“Kəlamlar” kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub - <span style="color: red;">FOTO
# 19 iyun 2014 16:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hacı Fərhad Mirzənin “Kəlamlar” kitabı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olub.

Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Almaniyanın Frankfurt şəhərində nəşr olunan kitabda müəllifin 1997-ci ildən 2002-ci ilə kimi topladığı seçilmiş aforizm və ifadələri yer alır.

Beş dildə çap olunan kitabda müəllif humanist və mənəvi dəyərlərə söykənən əsas məsələləri, vahid ailə prinsipləri, həmçinin Allah və bəşəriyyət naminə ölkə və xalqlar arasında dünyəvi qardaşlıq kimi universal dəyərləri ön plana çəkir. Həmçinin kitab, oxuculara Allah yolunu, ədalət, birlik və bərabərlik yolunu tutmağı tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR