İraqda keçirilən əməliyyatda çoxlu sayda ölən və yaralananlar olub

İraqda keçirilən əməliyyatda çoxlu sayda ölən və yaralananlar olub
# 20 yanvar 2014 14:23 (UTC +04:00)

Bakı-APA. İraqda ordu qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində çoxlu sayda ölənlər və yaralananlar var.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İraqın Əl-Ənbər vilayətində silahlı aşirət qruplarına qarşı keçirilən əməliyyatda orduya dəstək verən ''Sahvə güçləri''ndən 43 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

Bundan başqa, bir mülki vətəndaşın öldüyü, 9 nəfərin isə yaralandığı bildirilib.

İraqdakı yerli mənbələr ordunun çoxlu sayda itki verəndən sonra ərazidən geri çəkildiyini açıqlayıblar. Amma rəsmi mənbələr bununla bağlı hər hansı açıqlama verməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR