Ucarda 2 yol qəzası baş verib, xəsarət alan var - YENİLƏNİB - VİDEO

Ucarda 2 yol qəzası baş verib, xəsarət alan var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 12 oktyabr 2013 22:34 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucarda 2 yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, birinci qəza Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ucar rayonunun Qaradağlı kənd sakini 30 yaşlı Əliyev Nəbi Kamal oğlunun idarə etdiyi 99 CJ 061 dövlət nömrə nişanlı KİA markalı minik maşını yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişin 61 yaşlı Nəbiyeva Xədicə Vəli qızı xəsarət alaraq Ucar mərkəzi rayon xəstəxanasına aparılıb.

İkinci qəza isə Bakı – Qazax yolunun Ucar rayonundan keçən hissəsində baş verib. Ağdam rayon sakini Niyaməddin Rzayevin yüksək sürətlə idarə etdiyi 90 HK 690 dövlət nömrə nişanlı Hundal markalı minik maşını əvvəlcə 01 BG 167 dövlət nömrə nişanlı Kamaza, sonra 99 FE 372 dövlət nömrə nişanlı Mercedesə, daha sonra isə 10 GU 055 dövlət nömrə nişanlı VAZ 2106 markalı maşına çırpılıb. Hər üç minik maşınına ciddi ziyan dəyib. Qəza nəticəsində 2 nəfər Ucar mərkəzi rayon xəstəxanasına gətirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, hadisə zamanı qorxu keçirərək xəstəxanaya gələn 2 nəfər heç bir xəsarət almadığından onlara tibbi yardım göstərilməyib və adları qeydiyyata alınmayıb. Qeyd edək ki, qəza törədən hər iki minik maşının sürücüsü toy mərasimindən qayıdırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR