Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Azərbaycandan siyasi sığınacaq istəməyə hazırlaşır - FOTO

Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Azərbaycandan siyasi sığınacaq istəməyə hazırlaşır - <span style="color: red;">FOTO
# 10 iyun 2014 11:18 (UTC +04:00)

L. Çibuxçyan qeyd edib ki, o, S. Sarkisyana artıq 13-cü cavabsız məktubu yazır. Həyat yolu və ictimai-siyasi fəaliyyəti barədə yazan keçmiş müşavir deyib ki, Azərbaycanla müharibə zamanı faizə pul götürərək yanacaq alıb və Qarabağa daşıyıb: “Sizin adınızdan mənə mənzil hədiyyə etdilər, amma aydınlaşdı ki, mən xidməti mənzildə yaşayıram. Qubernator və Seyran Ohanyan məni aldatdılar. Keçmiş qubernator Pavel Asatryan mənə təqdimat zamanı evin açarlarını verdi və merə onu özəlləşdirməyi tapşırdı. Amma mer polislərin müşayiəti ilə gəlib məndən açarı aldı. Bu evdə indi "Armekonombank" yerləşir. Yeni qubernator işdən çıxmağım haqda ərizə yazdıraraq məni 108 min dram dilənçi maaşından da məhrum etdi”.

L. Çibuxçyan məktubda xatırladıb ki, S. Sarkisyan onu əməkdar incəsənət xadimi kimi qızıl medalla təltif edib. Lakin medalın təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. O, medalı S. Sərkisyana qaytaracağını bildirib: “Ermənistanda həya yalnız bir insanda var – məndə. Buna görə mən sizinlə bir millətdən olduğuma görə utanıram. Mən indi Azərbaycandan siyasi sığınacaq xahiş etməyə hazırlaşıram”.

Qeyd edək ki, L. Çibuxçyanın Putin haqqında 1226 sətirlik və nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin rekordları kitabına düşüb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR